×
A
A
A
Sazlamalar

Xaricdə təhsil üzrə xidmət vergiyə cəlb edilirmi?

Bakı, 20 avqust, AZƏRTAC 

Xaricdə yerləşən dil tədris məktəblərinə ödənişli əsaslarla dinləyici göndərildikdə, bu xidmətlə bağlı hansı vergi öhdəliyi yaranır?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, xarici ölkədə təhsilin təşkili xidmətinin göstərilməsi qeyri-rezidentin Azərbaycandakı fəaliyyəti ilə bağlı olduğu halda qeyri-rezidentə köçürülən ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Əks halda ödəmə mənbəyində vergi tutulmur.

Maliyyə 2019-08-20 21:26:00