×
A
A
A
Sazlamalar

Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 4,1 faizi taksilərin payına düşür

Bakı, 20 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 983,7 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artım qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin 95,9 faizi avtobus, 4,1 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Həmçinin sərnişin dövriyyəsi 2,2 faiz artıb.

Nəqliyyat 2019-08-20 21:23:00