×
A
A
A
Sazlamalar

Türkiyə polisi qaçaqmalçılardan beş min yaşı olan kitabı ələ keçirib

Ankara, 20 avqust, AZƏRTAC

Türkiyə polisi Malatya vilayətinin Darende rayonunda qaçaqmalçılara qarşı xüsusi əməliyyat keçirib.
AZƏRTAC xəbər verir ki, təxminən 5 min yaşı olduğu ehtimal edilən qədim kitab ələ keçirilib. Bildirilir ki, ceyran dərisi üzərində ivrit dilində yazılan tarixi kitabın qiyməti 5 milyon ABŞ dolları dəyərindədir. Faktla bağlı 3 nəfər həbs olunub.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-08-20 21:07:00