Yeddi ayda dəniz limanlarında 4,7 milyon tona yaxın yükləmə-boşaltma işləri həyata keçirilib
Bakı, 20 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında dəniz limanlarında 4 milyon 690,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 4 milyon 304 min tonunu və ya 91,8 faizini tranzit yüklər təşkil edib. 2019-cu il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 139,3 min ton olub.
Ötən yeddi ay ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 23,1 faiz artaraq 11,2 min nəfər olub.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb