×
A
A
A
Sazlamalar

Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi artıb

Bakı, 20 avqust, AZƏRTAC

2019-cu ilin yanvar-iyul aylarında özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi artıb.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən yeddi ayda qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,4 faiz artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 81,9 faiz təşkil edib.

Nəqliyyat 2019-08-20 20:36:00