×
A
A
A
Sazlamalar

Sudan müxalifəti Suveren Şuraya üzv olacaq namizədlərinin siyahısını təsdiqləyib

Əddis-Əbəbə, 20 avqust, AZƏRTAC
Sudanın əsas müxalifət birliyi olan “Azadlıq və dəyişikliklər” alyansı keçid dövründə ölkənin ali hakimiyyət orqanı olacaq idarəçi Suveren Şuraya namizədlərinin siyahısını təsdiq edib.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə müxalifət qüvvələrinin liderlərindən olan Xalid Ömər məlumat verib. Onun sözlərinə görə, siyahıda Ayşə Musa, Siddik Tauer, Məhəmməd əl-Faki, Məhəmməd Həsən əl-Tayyuş və Həsən Şeyx İdrisin adları yer alıb. Belə ki, ilkin variantda siyahıda hüquqşünas Taxa Osmanın da namizədliyi irəli sürülmüşdu, lakin təsdiq olunmuş yekun siyahıda onu Məhəmməd Həsən əl-Tayyuş əvəz edib. Xalid Ömər, həmçinin Suveren Şuranın tərkibinin elan edilməsinə hazırlıq məqsədilə yaxın vaxtda görüşün keçirilməsinin planlaşdırıldığını bildirib.


Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə

Dünya 2019-08-20 18:29:00