×
A
A
A
Sazlamalar

Region gənclərinin peşə bacarıqları artırılır

Bakı, 20 avqust, AZƏRTAC 

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə icra olunan “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində region gənclərinin peşə bacarıqlarının artırılmasına dair təlimləri davam etdirir.
Nümayəndəlikdən AZƏRTAC-a verilən məlumata görə, seçilmiş 106 gənc üçün iyundan etibarən Quba, Zaqatala və Lənkəran şəhərlərində peşə bacarıqları təlimi təşkil edilir. Sentyabradək davam edəcək təlimlərdə gənclər seçdikləri modul üzrə təlimlərə cəlb olunurlar. Təlimlər peşəkar mühasibatlıq və vergi mütəxəssisi hazırlama proqramı (Modul-1) və Avropa kompüter bilikləri səviyyə sertifikatı (ECDL) üzrə keçirilir. Bununla yanaşı, hər iki modul üzrə proqrama ingilis dili, eləcə də CV yazma, işə müraciət, müsahibə bacarıqları üzrə təlim kursu və proqram bilgilərinin tədrisi də daxildir.
USAID və BMqT layihə çərçivəsində region gənclərinin əmək bazarına çıxış imkanlarını artırmaq üçün özəl sektorla əməkdaşlıq qurmaqda maraqlıdır. Bu məqsədlə “Necə İT mütəxəssisi olmaq olar?” adlı sessiyada qarşıya çıxan çətinlikləri aradan qaldırmaq barədə məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

Sosial 2019-08-20 18:02:00