×
A
A
A
Sazlamalar

Yarım ildə Azərbaycana idxal olunan məhsulların 16,1 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb

Bakı, 20 avqust, AZƏRTAC

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan məhsulların 16,1 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, altı ayda idxalın 42,9 faizini avtomobil, 16,1 faizini dəmir yolu, 33,2 faizini hava, 4,6 faizini isə dəniz nəqliyyatı ilə gətirilən yüklərin dəyəri təşkil edib.

Nəqliyyat 2019-08-20 17:31:00