×
A
A
A
Sazlamalar

Rio-de-Janeyroda avtobus sərnişinlərini girov götürən silahlı şəxs güllələnib VİDEO

Bakı, 20 avqust, AZƏRTAC 

Braziliyanın Rio-de-Janeyro şəhərində avtobus sərnişinlərini girov götürən silahlı şəxs güllələnib. AZƏRTAC The Rio Times saytına istinadla xəbər verir ki, Rio-Niteroy körpüsünün üzərində marşrut avtobusunun içərisindəki 37 sərnişin silahlı şəxs tərəfindən girov götürülüb. Hadisə yerinə xüsusi təyinatlı polis dəstəsi cəlb edilib və cinayətkarla danışıqlar aparılıb. Üç saat davam edən danışıqlar nəticə verməyib və avtobusdan düşən silahlı şəxsə atəş açılıb. Yerli polisin məlumatına görə, revolver və elektroşok aləti ilə silahlanmış şəxs aldığı yaralardan hadisə yerində keçinib.
Polisin yaydığı məlumata görə, silahlı şəxs avtobusu yandırmaqla hədələyib və onunla aparılan danışıqlar zamanı 6 sərnişini azad etmək mümkün olub.

Dünya 2019-08-20 17:34:00