×
A
A
A
Sazlamalar

Almaniyanın Müdafiə naziri: İraq ordusunu dəstəkləməyə davam edəcəyik

Bakı, 20 avqust, AZƏRTAC 

Almaniya beynəlxalq koalisiyanın bir hissəsidir. Biz Almaniya olaraq İraq ordusuna dəstəyimizi davam etdirəcəyik.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri İordaniyaya səfərindən sonra Bağdada gələn Almaniyanın Müdafiə naziri Annerget Kramp Karrenbauer həmkarı Necah əş-Şəməri ilə görüşündə deyib. O, terrorla mübarizə və logistika sahələrində əməkdaşlıq məsələlərindən danışıb.
Görüşdə, həmçinin hərbi təlimlər barədə məsələlər müzakirələr edilib.

Dünya 2019-08-20 16:34:00