×
A
A
A
Sazlamalar

Yeddi ayda 1,2 milyon tondan çox dizel yanacağı istehsal olunub

Bakı, 20 avqust, AZƏRTAC

Yanvar-iyul aylarında Azərbaycanda 1 milyon 249,4 min ton dizel yanacağı, 714,1 min ton avtomobil benzini, 170,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 350,8 min ton ağ neft, 63,3 min ton yanacaq mazutu, 12,4 min ton sürtkü yağları, 132,4 min ton neft bitumu və 144,4 min ton neft koksu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 7 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 840,2 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 1,4 faiz artıb.
Neft məhsullarından sürtkü yağlarının, neft bitumunun istehsalı azalıb. Avtomobil benzininin, ağ neftin, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə artıb.

Neft - qaz 2019-08-20 16:32:00