×
A
A
A
Sazlamalar

Hirkan Milli Parkında baş verən yanğının söndürülməsinə FHN-in helikopteri cəlb edilib VİDEO

Bakı, 20 avqust, AZƏRTAC 

Hirkan Milli Parkında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopteri cəlb edilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqust 20-də saat 14:00-da nazirliyin 112 qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 1,5 hektar sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb olunublar. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.

Hadisə 2019-08-20 16:25:00

Video