×
A
A
A
Sazlamalar

Rusiyada mənzil tikintisi 26,2 faiz artıb

Bakı, 20 avqust, AZƏRTAC

Rusiyada 2019-cu ilin iyulunda mənzil tikintisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,2 faiz artıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla bildirir ki, cari ilin 7 ayında 36,3 milyon kvadratmetr mənzil tikilib ki, bu da ötən ilin eyni dövründən 7 faiz çoxdur.
Ümumilikdə, cari ilin iyulunda 81,9 min mənzil, yanvar-iyulda isə 480,3 min mənzil inşa edilib.

 

Dünya 2019-08-20 16:26:00