×
A
A
A
Sazlamalar

Rio-de-Janeyroda silahlı şəxs sərnişinlə dolu avtobusu ələ keçirib

Bakı, 20 avqust, AZƏRTAC
Braziliyanın Rio-de-Janeyro şəhərində silahlı şəxs sərnişinlə dolu avtobusu ələ keçirib. Girov götürülən sərnişinlərin sayı dəqiq məlum deyil.
AZƏRTAC “Correio Braziliense” qəzetinə istinadla xəbər verir ki, insident avqustun 20-də səhər saatlarında Rio-Niteroi avtomobil körpüsündə baş verib. Hazırda körpüdə avtomobillərin hərəkəti dayandırılıb.
İlkin məlumata əsasən, avtobusu ələ keçirən cinayətkar özünü hərbi polis zabiti kimi təqdim edib. O, sürücüdən nəqliyyat vasitəsini dayandırmağı tələb edib və avtobusu yandıracağı ilə hədələyib.
Silahlı şəxsin indiyədək azı dörd girovu azad etdiyi bildirilir. Hüquq-mühafizə orqanlarının nümayəndələri hələlik motivləri bəlli olmayan cinayətkarla danışıqları davam etdirir. Hadisə yerinə xüsusi təyinatlı dəstə göndərilib.

 

Dünya 2019-08-20 16:20:00