×
A
A
A
Sazlamalar

Havyer Bardem Nyu-Yorkda təkbaşına piket keçirib

Madrid, 20 avqust, AZƏRTAC
İspan aktyoru,“Greenpeace” təşkilatının nümayəndəsi Havyer Bardem ABŞ-ın Paris İqlim Sazişindən çıxmasına etiraz əlaməti olaraq Nyu-Yorkun Tayms meydanına çıxıb. Onun əllərində üzərində “Okeanı qoruyaq” sözləri yazılmış plakat olub.
AZƏRTAC xəbər verir ki, aktyor BMT-də, okeanın müdafiəsi üzrə hökumətlərarası konfransda çıxış edib. O bəyan edib ki, Birləşmiş Ştatlar heç bir halda Paris İqlim Sazişindən çıxmamalıdır. O, diqqəti qlobal istiləşməyə və təbiətin bizə verdiyi işarələrə cəlb edərək deyib: “Təbiət daim bizimlə danışır”.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Dünya 2019-08-20 16:19:00