×
A
A
A
Sazlamalar

Nursultan Nazarbayev Qazaxıstan haqqında klip çəkdirib

Bakı, 20 avqust, AZƏRTAC

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev “Instagram” səhifəsində vətən haqqında mahnı və həmin mahnıya çəkilmiş klip yerləşdirib.
Nazarbayev klipdə Qazaxıstan çöllərini dolaşaraq mahnı oxuyur. Tarlada uşaqlar görünür. Qazaxıstanın birinci prezidenti onları qucaqlayır. Nazarbayev mahnısında bildirir ki, çox ölkələrdə olub, lakin onların heç biri qazax torpağı ilə müqayisəyə gəlmir.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, mahnının sözləri Nursultan Nazarbayevə, musiqisi Altınbek Korazbayevə məxsusdur.

 

Mədəniyyət 2019-08-20 15:54:00