×
A
A
A
Sazlamalar

Balakən sakininin evindən narkotik vasitə götürülüb

Bakı, 20 avqust, AZƏRTAC 

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Gərəkli kənd sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Ramil Qandayev saxlanılıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış keçirilib. Evdən dörd kibrit qutusunda 11 qramdan artıq və sellofan torbanın içərisində 300 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.

 

Hadisə 2019-08-20 15:42:00