×
A
A
A
Sazlamalar

Xəzər rayonunda keçmiş məhkum marketlərdən oğurluq edib

Bakı, 20 avqust, AZƏRTAC 

Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 640 manat dəyərində ərzaq məhsulları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisəni törətməkdə şübhəli bilinən Oğuz rayon sakini, əvvəllər məhkum olunmuş Z.İsmayılov Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.
Z.İsmayılovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün rayon ərazisindəki daha bir marketdən 570 manat dəyərində ərzaq məhsulları oğurlaması da məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

Hadisə 2019-08-20 15:15:00