Yeddi ayda dəmir yolu ilə 1,9 milyon sərnişin daşınıb
Bakı, 20 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında dəmir yolu nəqliyyatı ilə 1,9 milyon sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 26 faiz artım olub.
Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 294 vaqon yüklənib, 391 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 11,6 min ton, Qərb istiqaməti üzrə 4,4 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb