×
A
A
A
Sazlamalar

Hirkan Milli Parkında yanğın başlayıb

Bakı, 20 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Hirkan Milli Parkında - Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğının başlaması barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri dərhal əraziyə cəlb edilib.
İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 1,5 hektar sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır.
Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb olunublar. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Hadisə 2019-08-20 14:40:00