×
A
A
A
Sazlamalar

Bakı Metropoliteni “Sahil” stansiyasında eskalatorların dayanması məsələsinə aydınlıq gətirib

Bakı, 20 avqust, AZƏRTAC

Metropolitenə gələn elektrik xətlərində gərginliyin düşməsi “Sahil” metro stansiyasının eskalatorları və işıqlanma sistemində əksini tapıb.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, sərnişin təhlükəsizliyi tələblərinə ciddi əməl olunmaqla qısa müddət ərzində eskalatorların fəaliyyəti bərpa olunub. Sərnişinlər arasında xəsarət olmayıb.
Gərginliyin düşməsi qatarların hərəkətinə ciddi təsir göstərməyib.

 

Nəqliyyat 2019-08-20 14:22:00