Ermənistanda etirazçılar parlament binasını mühasirəyə alıblar
Bakı, 20 avqust, AZƏRTAC
Ermənistanda etirazlar səngimir. Narazı kütlə parlamenti mühasirəyə alıb. Etirazçılarla polis arasında qarşıdurma olub, saxlanılanlar var.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, parlamenti mühasirəyə alan əhali Nikol Paşinyan ilə görüşmək istədiklərini bildiriblər. Onlar qeyd ediblər ki, İcəvandakı, Gümrüdəki problemlərin nə vaxt həll olunacağını baş nazirdən öyrənmək istəyirlər. Etirazçıların fikrincə, əvvəl olduğu kimi bu gün də ölkə talanır. Ölkədəki binaların 80 faizi qəzalı vəziyyətdədir. Bu səbəbdən ailələrin böyük əksəriyyəti gecəni küçələrdə keçirirlər. Bundan başqa Ermənistanda işsizlər ordusunun sayı 47 min nəfərdən çoxdur. 50 mindən çox insan ölkəni tərk edib. Aksiya iştirakçıları N.Paşinyana xəbərdarlıq edərək bildiriblər ki, problemlər öz həllini tapmasa parlamentin qarşısında narazı kütlənin sayı artacaq.
Qeyd edək ki, etirazçılar paytaxt Yerevanın əsas yollarını bağlayıblar. Hadisə yerinə daxili qoşun qüvvələri cəlb olunub. İnsident nəticəsində 30-a yaxın etirazçı saxlanılıb.
Almaniyada kimlər daha çox pensiya alır?
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
İsveçrənin hidrogen qatarı rekord vurub
Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb