×
A
A
A
Sazlamalar

Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb

Bakı, 20 avqust, AZƏRTAC

Yanvar-iyun aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 23 milyon 222,5 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 81 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 7 ayda bu kəmərlə 18 milyon 814,1 min ton neft nəql edilib.
Dövr ərzində BTC ilə 2 milyon 727,2 min ton tranzit nefti də ötürülüb.

Neft - qaz 2019-08-20 13:41:00