×
A
A
A
Sazlamalar

Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

Bakı, 20 avqust, AZƏRTAC

“Kapital Bank” ASC-nin “Badamdar” filialında “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə, eyni zamanda, digər qanunvericilik aktlarına təklif edilmiş dəyişikliklər, qəbul edilmiş bəzi qərarlar müzakirə olunub.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir.
Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Maliyyə 2019-08-20 12:45:00