×
A
A
A
Sazlamalar

Filippində denge qızdırması nəticəsində ölənlərin sayı 800 nəfəri ötüb

Bakı, 20 avqust, AZƏRTAC
2019-cu ilin yanvar ayından bəri Filippinin müxtəlif regionlarında denge qızdırması xəstəliyi nəticəsində azı 807 nəfər həyatını itirib.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Filippin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına əsasən, xəstəliyə yoluxanların sayı 188 min nəfəri keçib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge qızdırması virus infeksiyasıdır. Yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları xəstəliyin əsas əlamətləridir. Dünya Səhiyyə Təşkilatı denge xəstəliyini insan sağlamlığı üçün ən böyük təhdidlər siyahısına daxil edib.

 

Dünya 2019-08-20 12:20:00