Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Silva” operettası nümayiş olunacaq

Bakı, 20 avqust, AZƏRTAC

Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettası təqdim ediləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsəri Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq.
Səhnə əsərində baş rolu Belarus Musiqili Teatrının solisti Marqarita Aleksandroviç ifa edəcək.

Teatr və kino 2019-08-20 12:14:00