Meksikanın qərbində altı nəfər silahlı hücumun qurbanı olub
Bakı, 20 avqust, AZƏRTAC
Avqustun 19-da Meksikanın qərbində, Miçoakan ştatının Samora şəhərində naməlum silahlıların hücumu nəticəsində altı nəfər – dörd kişi və iki qadın həlak olub.
AZƏRTAC Noticias MVS radiostansiyasına istinadla xəbər verir ki, regionun Baş prokurorluğu hücumun odlu silah vasitəsi ilə həyata keçirildiyini deyib. Cənazələr şəxsiyyətləri müəyyən olunması üçün məhkəmə-tibbi ekspertiza bürosuna aparılıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücumun baş verdiyi rayona nəzarət üzərində bir neçə narkokartel mübarizə aparılır.
Meksikada son illər zorakılıq halları görünməmiş həddə çatıb. Rəsmi məlumata əsasən, bu ilin yanvarından may ayınadək 14,13 min nəfər müxtəlif cinayətlər nəticəsində həyatını itirib. Bu, 2018-ci ilin analoji dövrü ilə müqayisədə 5,2 faiz çoxdur.
Meksika Prezidenti Andres Manuel Lopes Obrador cinayətkarlığa qarşı mübarizədə çətinliklərin olduğunu etiraf edib.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır