SAT imtahanı üzrə 1480 bal toplayan gənc ADA Universitetini seçib
Bakı, 19 avqust, AZƏRTAC
SAT imtahanı üzrə 1480 bal toplayan Fatimə Davudlu ABŞ və Avropada təqaüdlə oxumaq fürsəti qazansa da, ADA Universitetinin biznesin idarə edilməsi ixtisası üzrə təhsil almağa qərar verib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Fatimə Davudlu bu ilin may ayında ADA-da keçirilən “Akademik məqsədlər üçün ingilis dili” olimpiadasında iştirak edərək fərqlənən on tələbədən biri olub.
ADA Universitetinin təqdim etdiyi təhsilin dünya standartlarına cavab verdiyini deyən Fatimə Davudlu keyfiyyətli təhsili ölkəmizdə də ala biləcəyinə əmin olduğu üçün bu ali təhsil müəssisəsini seçdiyini bildirib.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır