×
A
A
A
Sazlamalar

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi keçirilib

Bakı, 19 avqust, AZƏRTAC

Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zamanət Fondu ASC”–nin AZ2038008689 ISIN-li, 20 milyon manat həcmində, 23 il tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 milyon manat təşkil edib. İstiqrazlar 2042-ci il martın 23-də ödəniləcək.

Maliyyə 2019-08-19 19:19:00