×
A
A
A
Sazlamalar

Ukrayna və İsrail azad ticarət zonasının genişləndirilməsini müzakirə edib

Kiyev, 19 avqust, AZƏRTAC

Ukrayna və İsrail arasında azad ticarət zonası genişdirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə rəsmi səfərdə olan İsrailin Baş naziri Benjamin Netanyahu ilə birgə keçirdiyi brifinqdə çıxış edib. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollar təşkil edir.
“Biz ticari-iqtisadi əməkdaşlığın detallarını müzakirə etdik. Şübhə etmirik ki, iki ölkə arasında ticarət dövriyyəsi azad iqtisadi zonanın yaradılmasından sonra daha da artacaq”, - deyə Zelenski bildirib.
Xatırladaq ki, Zelenski artıq Ukrayna və İsrail arasında azad ticarət zonasının yaradılmasına dair razılaşmanın ratifikasiyasına dair qanunu imzalayıb. Razılaşma 60 gündən sonra qüvvəyə minəcək.
V.Zelenski, həmçinin deyib ki, görüşdə iki ölkə vətəndaşlarının vizasız gediş-gəlişi ilə bağlı məsələlər də müzakirə olunub.
Qeyd edək ki, İsrail Baş nazirinin avqustun 19-da Ukraynaya rəsmi səfəri başlayıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-08-19 18:44:00