Bitki və heyvan mənşəli piylər və yağların idxalı azalıb
Bakı, 19 avqust, AZƏRTAC
Yeddi ayda ölkəyə 94 min 488 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövründə idxal edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 77 milyon 979 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin yanvar-iyul aylarında 90 milyon 803 min dollarlıq 98 min 689 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.
® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib
Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb
Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək
Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib