×
A
A
A
Sazlamalar

Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanılıb

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Fərmanından irəli gələn tapşırığa əsasən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün müraciətlərin qəbuluna başlanılır.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sahibkarlıq subyektləri maraqlı olduqları sahələr üzrə daxili bazar araşdırmalarının aparılması üçün agentliyə müraciət edə bilərlər.
Sahibkarlara kömək məqsədilə nümunəvi ərizə forması və tələb olunan sənədlərlə bağlı məlumatlar KOBİA-nın “www.smb.gov.az” rəsmi internet səhifəsində yerləşdirilib (http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari).

İqtisadiyyat 2019-08-19 18:15:00