×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidmətinin informasiya texnologiyaları məktəbində növbəti təlim keçirilib

Bakı, 19 avqust, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) informasiya texnologiyaları məktəbində növbəti təlim keçirilib.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəbəkə inzibatçılığına həsr olunmuş seminarda təlimçi Kamil Şirəliyev “Cisco Routing & Switching” mövzusunu izah edib.
Təlimlərdə ali təhsil müəssisələrinin informasiya və kommunikasiya texnologiyaları, kompüter elmləri, oxşar ixtisaslar üzrə ali təhsilli, həmçinin müvafiq iş təcrübəsi olan gəncləri iştirak edirlər.
Proqram çərçivəsində informasiya texnologiyaları üzrə helpdesk, şəbəkə, sistem inzibatçılığı və proqram təminatının inkişafı sahəsində peşəkar biliklərə yiyələnmək, praktik biliklər əldə etmək, eləcə də DMX-nin müvafiq struktur bölmələrində təcrübə keçmək mümkündür.

Sosial 2019-08-19 17:54:00