×
A
A
A
Sazlamalar

Akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi” kitabının təqdimatı olacaq

Bakı, 19 avqust, AZƏRTAC

Sentyabrın 20-də Əməkdar incəsənət xadimi, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi” kitabının təqdimat mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, kitabın IV cildində ötən əsrin 50-60-cı illərdən sonra formalaşmış bəstəkarlarımızın yaradıcılığının və bu dövrün həyatının ümumi mənzərəsinin təhlili və tədqiqindən danışılır. Azərbaycan Bəstəkarlar İttifaqında keçiriləcək mərasim Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.
Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.
Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

Mədəniyyət 2019-08-19 17:15:00