×
A
A
A
Sazlamalar

Azərbaycan Adıgeydə keçiriləcək ekoloji festivalda iştirak edəcək

Moskva, 19 avqust, AZƏRTAC

Azərbaycan Rusiyanın Adıgey Respublikasında keçiriləcək “Eko-Qafqaz” birinci ekologiya festivalında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, sentyabrın 28-29-da Qafqaz Dövlət Təbiət Biosfer Qoruğunda keçiriləcək festivalın məqsədi Qafqaz regionunda ekologiya və turizm sahəsində bilik və təcrübənin genişləndirilməsi, Rusiya regionları ilə xarici ölkələr arasında əməkdaşlığın inkişafıdır.
Festival Rusiya Prezident Qrantları Fondu və Rusiya hökumətinin dəstəyi ilə Qafqaz Dövlət Təbiət Biosfer Qoruğu, “NABU-Qafqaz” Təbiəti Mühafizə Mərkəzi tərəfindən təşkil olunacaq.

 

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ekologiya 2019-08-19 17:02:00