×
A
A
A
Sazlamalar

Badamdar qəsəbə Mədəniyyət evi konsert proqramı ilə çıxış edib

Bakı, 19 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Badamdar qəsəbə Mədəniyyət evi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin “N” saylı hərbi hissəsində konsert proqramı ilə çıxış edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə tanınmış müğənnilərin ifasında mahnılar səsləndirilib.
Sonda hərbi hissənin rəhbərliyi şəxsi heyət adından yaradıcı kollektivə minnətdarlıqlarını bildirib və onlara təşəkkürnamələr təqdim edib.

Mədəniyyət 2019-08-19 16:32:00