×
A
A
A
Sazlamalar

Asfalt və kağız üzərində rəsm işlərindən ibarət müsabiqə keçirilib

Bakı, 19 avqust, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Sabunçu rayonunda yerləşən 192 nömrəli körpələr evi-uşaq bağçasında asfalt və kağız üzərində rəsm işlərindən ibarət müsabiqə keçirilib.
AZƏRTAC xəbər verir ki, iştirakçılar tabaşir və rəngli qələmlərlə rəsmlər çəkməklə öz bacarıq və qabiliyyətlərini göstəriblər.
Əl işlərinə baxış keçirildikdən sonra fərqlənmiş uşaqlar Baş İdarə tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Sosial 2019-08-19 15:22:00