×
A
A
A
Sazlamalar

Paytaxtda keçmiş məhkumdan bir kiloqramdan çox metamfetamin götürülüb

Bakı, 19 avqust, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bayramovdan 0,565 qram metamfetamin götürülüb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, M.Bayramova məxsus “Opel” markalı avtomobilə baxış zamanı əlavə olaraq bir kiloqramdan çox metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-08-19 15:01:00