×
A
A
A
Sazlamalar

Azərbaycan səfirliyinin əməkdaşları Kiyevdə Miqrasiya Xidmətinin müvəqqəti saxlanma məntəqəsində soydaşlarımızla görüşüblər

Kiyev, 19 avqust, AZƏRTAC

Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları Kiyev vilayətində Miqrasiya Xidmətinin müvəqqəti saxlanma məntəqəsində saxlanılan həmvətənlərimizlə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə səfirliyin əməkdaşları həmvətənlərimzin problemləri ilə maraqlanıb, saxlanma şəraiti ilə tanış olub, onlarla hüquqi söhbət və maarifləndirmə işləri aparıblar. Bildirilib ki, xarici ölkələrə gələrkən həmin ölkənin qanunvericiliyi öyrənilməli və qanuna hörmətlə yanaşılmalıdır.
Müvəqqəti saxlanma məntəqəsinin rəhbərliyi ilə görüşdə səfirliyin müşaviri Vüsal Süleymanova, birinci katib Namiq Niftullayevə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polkovnik Şahin Qocayevə məntəqənin iş rejimi, daxili intizam qaydaları, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları və vəzifələri barədə ətraflı məlumat verilib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Sosial 2019-08-19 14:17:00