Kiyevdə Müslüm Maqomayevin xatirəsi anılıb
Kiyev, 19 avqust, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyev şəhərində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 77-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin kollektivi Müslüm Maqomayev adına parka gələrək onun abidəsi önünə tər çiçəklər düzüblər.
Azərbaycanın Ukraynadakı müşaviri Vüsal Süleymanov abidə önündə çıxış edərək bildirib ki, Ukraynada Müslüm Maqomayevin xatirəsi ehtiramla anılır. O nəinki azərbaycanlıların, bütün dünya xalqlarının qəlbində elə sevgi abidəsi ucaldıb ki, bu gün də sevilir, anılır. Səfirliyin dəstəyi və təşəbbüsü ilə yaradılan bu park artıq kiyevlilər və şəhərin qonaqları üçün gözəl istirahət məskəninə çevrilib. Parkda Müslüm Maqomayevin heykəli şəhərə xüsusi gözəllik verir.
Tədbirin sonunda xatirə şəkli çəkilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb
FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO
“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO
“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub