×
A
A
A
Sazlamalar

Qəzaya uğrayan “MiQ-29” təyyarəsinin qara qutusu tapılıb

Bakı, 19 avqust, AZƏRTAC 

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin qara qutusu tapılaraq dənizdən çıxarılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə qara qutunun texniki vəziyyəti öyrənilir. Eyni zamanda, təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.

Ordu 2019-08-19 12:24:00