×
A
A
A
Sazlamalar

Çinin “Silk Road” orkestri Filarmoniyada çıxış edəcək

Bakı, 19 avqust, AZƏRTAC

Sentyabrın 24-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor, Əməkdar artist Əyyub Quliyevin bədii rəhbərliyi ilə Çin Xalq Respublikasının “Silk Road” Filarmonik Orkestri konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertin solistləri Rusiyanın Xalq artisti, violonçel ifaçısı Sergey Rolduqin, pianoçu Miroslav Kultışev və beynəlxalq müsabiqələr laureatı, truba ifaçısı İsrafil Rəsulov olacaq. Konsertdə D.Şostakoviç, Y.Haydn, R.Ştraus və başqa bəstəkarların əsərləri səsləndiriləcək.

Musiqi 2019-08-19 11:11:00