×
A
A
A
Sazlamalar

Yanvar-iyul aylarında ölkədən 72 milyon dollar dəyərində meşə fındığı ixrac olunub

Bakı, 19 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında ölkədən 13 min 167 ton meşə fındığı ixrac olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd edilən dövrdə ixrac edilən meşə fındığının dəyəri 72 milyon 67 min ABŞ dolları olub.

İqtisadiyyat 2019-08-19 01:39:00