×
A
A
A
Sazlamalar

Ülvi Qənizadə dünya çempionatının gümüş medalını qazanıb

Bakı, 18 avqust, AZƏRTAC
Estoniyanın paytaxtı Tallinndə gənc güləşçilər arasında dünya çempionatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışın son günündə mübarizə aparan daha bir təmsilçimiz medal qazanıb. Yunan-Roma güləşçimiz Ülvi Qənizadə (72 kiloqram) finalda rusiyalı Sergey Stepanova 1:3 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
Beləliklə, Azərbaycan güləşçiləri gənclər arasında dünya çempionatını 2 gümüş, 4 bürünc medalla başa vurublar.

İdman 2019-08-18 21:27:00