×
A
A
A
Sazlamalar

“Mançester Siti” - “Tottenhem” oyununda qalib müəyyənləşməyib

Bakı, 18 avqust, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, “Etihad” stadionunda baş tutan görüşdə son çempion “Mançester Siti” doğma azarkeşlər önündə “Tottenhem” komandasını qəbul edib. Görüş 2:2 hesabı ilə başa çatıb. “Mançester Siti”nin heyətində Rahim Sterlinq (20), Serxio Aquera (35), “Tottenhem”in isə Erik Lamela (23) və Lukas Maura (56) fərqləniblər.

İdman 2019-08-18 00:18:00