İstanbulda güclü leysan bir sıra problemlər yaradıb
İstanbul, 17 avqust, AZƏRTAC
İstanbulda bu gün səhər saatlarından etibarən yağan leysan bir sıra problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, yağan güclü yağış səbəbindən şəhərin bir çox istiqamətlərində yolları və piyada alt keçidlərini su basıb. Bu səbəbdən Eminönü və Aksaray bölgələrində tramvayların hərəkəti dayandırılıb. Şəhərin Bahçelievler rayonunda yol çöküb.
Gəmi səfərləri təxirə salınıb.
Hidrometeoroloqların proqnozlarına görə, yağışın avqustun 18-i səhər saatlarınadək davam edəcəyi gözlənilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib
Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər
Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb
Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər