×
A
A
A
Sazlamalar

Pakistanda sel və daşqınlar nəticəsində ən azı 7 nəfər ölüb

Bakı, 17 avqust, AZƏRTAC 

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində sel və daşqınlar nəticəsində ən azı 7 nəfər ölüb. AZƏRTAC DawnNews saytına istinadla xəbər verir ki, yüksək dağlıq ərazilərdə 3 saatdan çox davam edən leysan yağışları daha 6 nəfərin yaralanmasına və bir neçə sakinin itkin düşməsinə səbəb olub. Axtarış-xilasetmə işlərinə Pakistan ordusunun əsgərləri cəlb olunub.
Sel və daşqınların Pothi Çapriyan Hiloti yaşayış məntəqəsində dağıntılara səbəb olduğu qeyd olunur. Burada evlər suyun altında qalıb. Ölənlərin 5 nəfəri azyaşlılardır.
2019-cu ildə Kəşmirdə 43 nəfərin sel və daşqınların qurbanı olduğu da bildirilir.

Dünya 2019-08-17 18:53:00