×
A
A
A
Sazlamalar

Permdə avtobusun qəzaya uğraması nəticəsində 22 nəfər yaralanıb

Moskva, 17 avqust, AZƏRTAC

Rusiyanın Perm vilayətində avtobusun dirəyə çırpılması nəticəsində bir nəfər ölüb, 22 adam yaralanıb.
AZƏRTAC xəbər verir ki, avqustun 17-də Perm vilayətinin Orconikidze rayonunda marşrut avtobusu dirəyə çırpılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 22 nəfər, o cümlədən 5 uşaq yaralanıb. Uşaqların vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2019-08-17 18:49:00