Bəhreyndə iki siyasi fəalın edam edilməsi etirazlara səbəb olub
Tehran, 17 avqust, AZƏRTAC
Bəhreyndə iki siyasi fəalın edam edilməsi ölkə daxilində olduğu kimi, beynəlxalq təşkilatların da narazılığına səbəb olub.
AZƏRTAC xəbər verir ki, siyasi fəallar Əli əl-Ərəb və Əhməd əl-Melal kütləvi aksiyalara rəhbərlik edərək hökumətdən islahatlar aparmasını tələb edirdilər. Onlar terrorçularla əməkdaşlıqda ittiham edilərək ölüm hökmünə məhkum edilmişlər. Məhkəmənin qərarı özünü gözlətmədən icra edilib ki, bu da ölkədə etirazlara səbəb olub.
Avropa İttifaqı Bəhreynin Brüsseldəki səfirinə etiraz məktubu ünvanlayıb. Məktubda Bəhreyn hakimiyyətindən tələb olunur ki, müxtəlif bəhanələrlə siyasi fəalların həbsinə və təqibinə son qoyulsun və həbsdə olan jurnalistlər azad edilsin. Əks təqdirdə Avropa İttifaqı ilə Bəhreynin əməkdaşlıq əlaqələri məhdudlaşacaq. Səfir məktubu ölkə rəhbərliyinin diqqətinə çatdıracağını bildirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Latviyanın xarici işlər naziri istefa verib
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək