×
A
A
A
Sazlamalar

Yeddi ayda 5 min tonadək süd idxal edilib

Bakı, 17 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında ölkəyə 4 min 998 ton süd idxal olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövründə idxal edilən südün dəyəri 8 milyon 136 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin yeddi ayında 5 milyon 926 min dollarlıq 4 min 199 ton süd idxal edilib.

İqtisadiyyat 2019-08-17 18:13:00